“Report” TASS-a istinadən xəbər verir ki, baş nazirin bəyanatını "The New Zealand Herald" nəşri dərc edib.
"Bazar ertəsi, Kraystçerçdə baş verən dəhşətli terror aktından 72 saat sonra Nazirlər Kabineti qanuna yenidən baxmağa razılıq verib. İndi, bu hücumdan 6 gün sonra, biz Yeni Zelandiyada bütün hərbi tipli yarıavtomatik və hücum tüfənglərinə qadağa elan edirik", - deyə bəyanatda bildirilir.