"Report"un məlumatına görə, sənəddə Novruz bayramının Azərbaycanda ən sevilən bayram olduğu, onun YUNESKO-nun qeyri-maddi mədəni sərvətlər siyahısına daxil edildiyi bildirilir.
Vurğulanıb ki, Novruz bayramı müxtəlif millətləri və mədəniyyətləri birləşdirir. Həmçinin sənəddə bu bayramın əsrlərin mədəni irsi və ənənələri arasında əlaqələri möhkəmləndirilməsində, xalqlar arasında qarşılıqlı hörmət, sülh, mehriban qonşuluq idealları əsasında münasibətlərin möhkəmləndirilməsində vacibliyi qeyd olunur.
Peru Konqresi iki ölkə arasında mövcud olan dostluq münasibətləri və əməkdaşlığı nəzərə alaraq Azərbaycan Respublikasına və bütün dünya azərbaycanlılarına Novruz bayramı münasibətilə təbriklərini göndərir və xoşbəxtlik, möhkəm cansağlığı,səadət və rifah arzulayır.

