00:03

Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Millimiz səfərdə Xorvatiya yığması ilə qarşılaşır. Zaqreb şəhərindəki "Maksimir" stadionunda keçirilən oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Georgi Kabakovdur.

Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdardır. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edir.

İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də millimizin səfərdə keçirdiyi oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda oynanılan matçda isə hesab açılmayıb.

"Avro 2020"nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə "E" qrupunda yer alıb. Qrupun digər oyununda Slovakiya öz meydanında Macarıstan yığması ilə qarşılaşır.

21.03.2018

23:48

21 mart

AÇ-2020-nin seçmə mərhələsi

E qrupu, 1-ci tur

23:45. Xorvartiya - Azərbaycan - 0:0 (Birinci hissə)
Hakimlər:
Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu

23:45. Slovakiya - Macarıstan

22:54

Bu gün AÇ-2020-nin seçmə mərhələsinə start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, milli komandamız da mübarizəyə başlayacaq.

Yığmamız ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşacaq. Komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçin debüt matçı həmyerlilərinə qarşı olacaq.

Son dünya çempionatının finalçısı matçın aşkar favoritidir.

Yığmamızın yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edəcək.

21 mart

AÇ-2020-nin seçmə mərhələsi

E qrupu, 1-ci tur

23:45. Xorvartiya - Azərbaycan
Hakimlər:
Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu

23:45. Slovakiya - Macarıstan

Milli.Az