Bakı. Tural Turan - Trend:

Mozambikdə siklondan ölənlərin sayı 293-ə çatıb. Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Karluş Aquştinyu Ruzariu bildirib.

Qeyd edək ki, daha əvvəl 242 nəfərin öldüyü bildirilirdi. Ölkə prezidenti ötən gün bildirmişdi ki, siklon nəticəsində ölənlərin sayı min nəfəri keçə bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin