Malidə naməlum silahlılar tərəfindən öldürülənlərin sayı artır

Malidə naməlum silahlılar tərəfindən öldürülənlərin sayı artır
09:04 24 Mart 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

 
Malinin mərkəzində azsaylı fulani qəbiləsinin nümayəndələrinin yaşadığı kiçik yaşayış məntəqəsində naməlum silahlıların etdiyi hücum zamanı öldürülənlərin sayı 134 nəfərə çatıb.
 
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
 
Bundan əvvəl ölənlərin 110 nəfər olduğu deyilirdi.
 
Agentliyin məlumatına görə, ölənlərin arasında uşaqlar, hamilə qadınlar və yaşlı insanlar da var.
 
“Frans Press” agentliyinin yaydığı xəbərə görə, hücumun arxasında doqonlar qəbiləsinin dayandığı ehtimal olunur.
 
Qeyd edək ki, Malinin mərkəzində Bankas şəhəri yaxınlığında silahlı şəxslər fulani qəbiləsindən olan 110 çobanı qətlə yetirib.
 
Merin sözlərinə görə, ovçu geyimində olan naməlum silahlılar gecə vaxtı Bankas yaxınlığındakı Oqossaqu və Velinqara yaşayış məntəqələrinə hücum edərək, orada qətllər törədiblər.
 
Oqossaqu sakinlərindən biri hücumu 23 Mali əsgərinin öldürülməsinin qisası kimi qiymətləndirib. Həmin hərbçilər “Əl-Qaidə” terror qruplaşması ilə qarşıdurmada həlak olublar.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/309234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR