Bakı, 4 may, AZƏRTAC
Birinci Avropa Oyunlarının proqramına daxil edilmiş stolüstü tennisin məktəblilər arasında təbliği məqsədilə keçirilən respublikanın cənub zonası üzrə turnir yekunlaşıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Salyanda cənub zonası üzrə təşkil edilmiş yarışlara yekun vurulub. Turnirdə Salyanın 4 komandası ilə yanaşı, Cəlilabad, Masallı, Lənkəran, Astara və Lerik təmsilçiləri də mübarizə aparıb.
Oğlanların yarışında “Salyan”, qızların mübarizəsində isə “Salyan–1” komandası qalib adını qazanıb.
Qalib komandalara “Təhsil” Respublika İdman Mərkəzinin diplom, kubok, medal və hədiyyələri təqdim olunub.