Qvatemalanın paytaxtından 35 kilometr uzaqlıqda Fuego yanardağında qısa zamanda 20 partlayış meydana gəlib. Ölkə rəhbərliyi xəbərdarlıq səviyyəsini artırıb.

Publika.az xəbər verir ki, rəsmilər partlayış nəticəsində kül və qaz buludlarının 5 min metrə yüksəldiyini açıqlayıb.

Buludlar 30 kilometr cənuba doğru yayılıb. Partlayışların yaxınlıqdakı evlərdə titrəyişə səbəb olduğu bildirilir.

Gülxar