Evdə sünnət edilən uşaq öldü

İtaliyanın Bolonya şəhərində dəhşətli hadisə baş verib.

Metbuat.az azmedia.az-a istinadən bildirir ki, İtaliyanın Bolonya şəhərində ana və ata 5 aylıq uşaqlarını evdə sünnət ediblər.

Əməliyyatdan sonra uşaq çoxlu qan itirib. Bu zaman onu xəstəxanaya aparsalar da, ürək dayanması nəticəsində həyatını itirib.

Adları məlum olmayan ana və ata haqqında "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR