"Report" "Globo"ya istinadən xəbər verir ki, Xentsel infarkt nəticəsində vəfat edib. Jurnalist Şapeko şəhərində futbol oynayarkən huşunu itirib və xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, 2016-cı ildə Kolumbiyanın Medelyin şəhəri yaxınlığında təyyarə qəzası baş verib. 77 nəfərin olduğu təyyarə "Şapekoense"ni Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün aparırmış. 9 ekipaj üzvü, klubun futbolçuları və nümayəndələri daxil olmaqla 68 sərnişindən Rafael Xentsel də daxil olmaqla 6 nəfəri sağ qalmışdı.