“Oyuq”çuların

Bildiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 2007-ci ildən başlayaraq hər il aprel ayı “Dünya Autizm Maarifləndirmə” ayı kimi qeyd edilir.

Metbuat.az bildirir ki, bu münasibətlə bütün dünyada olduğu kimi Azərbaycanda da ictimaiyyətin diqqətini autik spektr pozuntuları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltmək və ümumiyyətlə əhalini autizm barədə məlumatlandırmaq məqsədilə müxtəlif tədbirlər keçirilir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, teatrın nəzdindəki “Oyuq” teatr-studiyası da bu ideyaya xidmət edən silsilə tədbir-tamaşalar həyata keçirir. Artıq ənənə halını alan bu təşəbbüsün növbətisi də aprelin 4-də (saat 14.00) reallaşacaq.

Həmin gün “Oyuq”çular balaca tamaşaçıları qarşısında “Qırmızıpapaq” tamaşası ilə çıxış edəcəklər.

Səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan bu rəngarəng tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunacaq. Balacalara sevgi və humanizm aşılayan səhnə işinin əsas ideyası “dünyanı dostluq xilas edəcək” şüarıdır.

Tədbirin əsas qonaqları da məhz autizm sindromlu uşaq və yeniyetmələr, onların ailə üzvləri olacaqlar. Müxtəlif layihələr sayəsində teatrımızın, istedadlı “Oyuq”çuların dostuna çevrilən UAFA (United Aid For Azerbaijan) və digər təşkilatlar, eləcə də reabilitasiya mərkəzlərində, həmçinin müalicə-tədris müəssisələrində qeydiyyatda olan uşaqlar həmyaşıdlarının, balaca aktyorların ifasında konsert proqramına da tamaşa edəcəklər.

Xatırladaq ki, autizm sindromlu uşaqların iştirakı iləsəhnələşdirilən və onlara həsr olunan“Əlimdən tut” adlı ilk tamaşa və sosial-çarx da məhz “Oyuq” teatr-studiyası tərəfindən hazırlanıb və bu barədə cəmiyyətdə sistemli olaraq maarifləndirmə işi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR