Mobil telefonlar, çox güman ki, tezliklə havanın keyfiyyətinə nəzarət edə və sahibini zəhərli maddələrin mövcudluğu haqqında xəbərdar edə biləcəklər. Estoniyanın Tartu Universitetinin mütəxəssisləri belə texnologiya üzərində işləyirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər bu yaxınlarda Barselonada keçirilmiş sərgidə havada zəhərli maddələri müəyyənləşdirən xüsusi datçik təqdim ediblər. Əksər smartfon istehsalçıları bu ideya ilə maraqlanıblar.

"Bizim həllimizə maraq kifayət qədər yüksək idi", - deyə universitetin böyük elmi işçisi Rayvo Yaanison ETV+ telekanalına deyib.

Milli.Az