Azərbaycanlı tələbə Türkiyədə beşinci mərtəbədən yıxıldı - FOTO

Azərbaycanlı tələbə Türkiyədə beşinci mərtəbədən yıxıldı -  FOTO
10:37 6 Aprel 2019
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Epilepsiya xəstəsi olan azərbaycanlı gənc Türkiyədə binanın beşinci mərtəbəsindən yıxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, özünü narahat hiss edən tələbə, 20 yaşlı Həmdəmin Balakişiyev hava almaq üçün binanın 5-ci mərtəbəsində yerləşən mənzilinin pəncərəsini açıb və həmin zaman epilepsiyası tutub. Tələbə pəncərədən yerə yıxılıb. Ağır xəsarət alan Həmdəmin xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə gecə saat 21 radələrində yardım mərkəzinə aid bir yataqxanada baş verib.

H.Balakişiyev "Karamanoğlu Mehmetbey Üniversitesi Sağlık Hizmetleri Meslek Yüksekokulu"nda "İlk və təcili tibbi yardım" fakültəsində təhsil alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/744719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR