Anadangəlmə ürək qüsurlu 27 uşaq əməliyyat olunub - İcbari tibbi sığorta üzrə pilot layihəsi

Anadangəlmə ürək qüsurlu 27 uşaq əməliyyat olunub - İcbari tibbi sığorta üzrə pilot layihəsi
11:57 6 Aprel 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar icbari tibbi sığorta haqqından azaddırlar".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.

Z.Əliyev bildirib ki, həmin şəxslər üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

O qeyd edib ki, pilot layihə müddətində Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında anadangəlmə ürək qüsuru olan 27 uşağın əməliyyat olunması təmin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR