21 nəfər imtahana gəlmədi - Rezidenturaya qəbulun nəticələri açıqlanıb

21 nəfər imtahana gəlmədi - Rezidenturaya qəbulun nəticələri açıqlanıb
16:19 8 Aprel 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini  elan edib.
 
DİM-dən Lent.az-a bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
 
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 930 namizəddən 21 nəfəri imtahana gəlməyib. 450 namizəd birinci mərhələnin müsabiqə şərtini  (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.
 
Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan 89 bal olub.
 
Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR