Azərbaycan güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycan güləşçisi Avropa çempionatında finala yüksəlib
19:42 8 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultanı məğlub edib - 12:2. O, finalda türkiyəli Selahəttin Kılıcsallayanla qarşılaşacaq. Final görüşləri sabah keçiriləcək.
Qeyd edək ki, bu gün digər sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79) da yarımfinal görüşlərinə çıxacaqlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-gulescisi-avropa-cempionatinda-finala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR