Windows 10-la bağlı "problem" aradan qalxacaq

Windows 10-la bağlı "problem" aradan qalxacaq
19:49 8 Aprel 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Windows 10 istifadəçiləri sözügedən əməliyyat sisteminin özü-özünə yenilənməsindən çox zaman şikayət edirlər.
 
Lent.az technote-a istinadla xəbər verir ki, əməliyyat sisteminin növbəti yenilənməsində Microsoft şirkəti bunu yoluna qoyacaq.
 
Əməliyyat sisteminin növbəti yenilənməsində istifadəçilərə öz yenilənmələri üzərində daha çox idarəetmə özəllikləri təqdim olunacaq.
 
İstifadəçi yenilənmənin vaxtını və tarixini özü seçə biləcək. Bununla yanaşı əməliyyat sisteminin son versiyasından istifadə etmək istəməyən istifadəçilər Windows 10-a yeni funksiyalar əlavə etmədən hər ay yeni təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. Windows 10 həmçinin istifadəçinin kompüterdə çalışdığını təyin edə biləcək və çalışma zamanı istifadəçiyə bildirişlər göndərməyəcək.
 
Bundan əılavə olaraq 35 gün ərzində ümumiyyətlə bütün yenilənmələri deaktiv etmək özəlliyi də istifadəyə veriləcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR