Kanadada güclü qar hava limanlarının işində problemlər yaradıb

Kanadada güclü qar hava limanlarının işində problemlər yaradıb
08:15 9 Aprel 2019
79 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kanadanın Nyu-Bransuik və Yeni Şotlandiya əyalətində güclü qar səbəbindən hava limanlarının işində problemlər yaranıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava şəraiti səbəbindən bir neçə reys ləğv edilib və gecikib.

Bu barədə həmçinin Qalifaks (Yeni Şotlandiya) və Monktonun beynəlxalq hava limanlarının rəsmi saytlarıda da məlumat var.

Regionların polisi sürücüləri yollarda diqqətli olmağa və ehtiyac olmadığı halda şəxsi avtomobildən istifadə etməməyə çağırıb.

Bildirilir ki, təxminən sutka ərzində əyalətlərə 20 santimetrə qədər qar yağıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3043473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR