Salma Hayekin əri Notr-Dam kilsəsinin bərpası üçün külli miqdarda pul təklif edib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, məşhur meksikalı aktrisa Salma Hayekin biznesmen əri Fransanın Site adasında yerləşən Notr-Dam kilsəsinin bərpası üçün 117 milyon dollar verə biləcəyini söyləyib.

Milyarder iş adamı Fransua-Henri Pinault kilsənin bərpası üçün maddi cəhətdən yardım edəcəyini bildirib.

Qeyd edək ki, 850 yaşı olan Notr-Dam kilsəsində hazırda yanğın söndürülüb.Fransa prezidenti Emmanuel Makron kilsənin bərpa ediləcəyinə dair vəd verib.

Bəxtiyar Umarlı
Milli.Az