Bakıda "Shacman" "London taksisi"ni əzdi - VİDEO

Bakıda "Shacman" "London taksisi"ni əzdi - VİDEO
09:42 15 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

Yük avtomobilinin sürücüsü qəzadan sonra ərazidən yayınıb
Bakının Yasamal rayonunda yük maşınının iştirakı ilə yol qəzası qeydə alınıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, rayon ərazisində “London taksisi” ilə “Shacman” markalı yük avtomobili toqquşub. Natiq Babayevin idarə etdiyi “London taksisi” Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə İnşaatçılar prospektinə doğru istiqamət götürüb. Müştəri axtasınca gedən taksi Ələsgər Ələkbərov küçəsi ilə hərəkət edən “Shacman” markalı yük avtomobilinin zərbəsinə tüş gəlib.

Qəza xəsarətsiz ötüşsə də, “London taksisi” yararsız hala düşüb. Diqqət çəkən məqam isə yük maşını sürücüsünün hadisədən sonra yoxa çıxması olub. Şahidlərin sözlərinə görə, “Shacman”ın sürücüsü maşını ərazidə ataraq hadisə yerindən uzaqlaşıb. Hər halda yol polisinin araşdırmaları bütün qaranlıq məqamlara aydınlıq gətirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR