Bakı, 5 may, AZƏRTAC
Belçika ilk Avropa Oyunlarında idmanın 16 növü üzrə 114 idmançı ilə təmsil olunacaq. Gert Van Looyun başçılıq edəcəyi nümayəndə heyətinin tərkibinə iki Olimpiya medalçısı və digər məşhur idmançılar daxildir.
AZƏRTAC xəbər veri ki, bu barədə Belçikanın http://www.sport.be/fr və http://www.dhnet.be saytlarında yerləşdirilən “Belçika Bakı-2015”-də” məqaləsində məlumat verilir.
Məqalədə Belçika Olimpiya Komitəsinin birinci Avropa Oyunlarında iştirak edəcək komandanın heyətini açıqladığı vurğulanır.