İtaliya, Belarus və Azərbaycanın opera ulduzları "Toska" operasının tamaşasında

İtaliya, Belarus və Azərbaycanın opera ulduzları "Toska" operasının tamaşasında
15:22 18 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində  Cakomo Puççininin  "Toska" operasının tamaşası keçiriləcəkdir.

Milli.Az xəbər verir ki, Toska partiyasını tanınmış italyan opera müğənnisi Silvana Froli ifa edəcəkdir. Qeyd edək ki, S.Froli Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ və s. ölkələrin opera teatrlarında uğurlu çıxışlar etmişdir.

Kavaradossi partiyasını isə vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, hazırda İtaliyada yaşayan və fəaliyyət göstərən Vitali Kovalçuk ifa edəcəkdir.

Belarus Milli Akademik Böyük  Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti Vladimir Qromov tamaşada Skarpia rolunda çıxış edəcəkdir.

Operanı tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edəcəkdir. O həmçinin Qətər filarmonik orkestrinin, İstanbul Milli simfonik orkestrinin, Belqrad Milli Teatrı orkestrinin və Meksika simfonik orkestrinin dəvət olunmuş dirijorudur.

Tamaşada həmçinin Opera və Balet Teatrının solistləri - Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov, Əliəhməd İbrahimov və b. çıxış edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/747842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR