“Mançester Siti” çempionluğa bir addım da yaxınlaşdı - VİDEO

“Mançester Siti” çempionluğa bir addım da yaxınlaşdı - VİDEO
06:53 25 Aprel 2019
100 İdman
Ölkə mətbuatı
A- A+

Aprelin 24-də İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Publika.az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən görüşdə “Mançester Yunayted” öz meydanında “Mançester Siti” klubunu qəbul edib.

Gərgin keçən görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıb.

“Şəhərlilər” hər iki qolu ikinci hissədə vurub. Matçın 56-cı dəqiqəsində Bernardo Silva, qarşılaşmanın 66-cı dəqiqəsində isə Leroy Sane fərqlənib.

Bu qələbə sayəsində “Mançester Siti” xallarını 89–a çatdıraraq birinci pilləyə yüksəlib, “Mançester Yunayted” isə 64 xalla 6-cı yerdə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/276678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR