Müğənni Sevda Sanəliyeva 22 kiloqram arıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “İncə+” verilişində deyib. O, pəhriz vasitəsiylə artıq çəkidən xilas olduğunu bildirib:

“Ana olduqdan sonra çəkim 86,5 idi. İndi 64 kiloqram olmuşam. Pəhrizlə arıqladım. İdaman edə bilmirəm, çünki həkim icazə vermir. Hamiləlik vaxtı 26 kiloqram artıq çəki almışdım. 22-ni atdım, qalıb 2 kiloqram”.

Qeyd edək ki, ötən ilin iyununda gizli ailə quran S.Sanəliyevanın oğlu olub. O, övladına Elgün adını qoyub.