“Formula-2”-nin ikinci mərhələsi - Bu tarixdə Bakıda

“Formula-2”-nin ikinci mərhələsi - Bu tarixdə Bakıda
15:39 25 Aprel 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 26-28-də Bakıda keçiriləcək “Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisi çərçivəsində baş tutacaq “Formula-2” yarışında 20 pilot iştirak edəcək. 
 
ONA-nın məlumatına görə, 4 həftə öncə Bəhreyndə yeni mövsümə start verən “əvəzedicilər” 2019-cu ildə 12 sınaqdan ikincisinə çıxacaqlar. 
 
Sabah start götürəcək “Formula-2” turnirində növbəti 2 gündə 2 yarış üzrə mükafatçılar bəlli olacaq. Bu yürüşlərdə Luis Deletraz, Nobuharu Matsuşita (“Karlin”), Nikita Mazepin, Nik de Vries (“Art Grand Prix”), Serxio Sette Kamara, Nikolas Latifi (“Dams”), Quanyu Jou, Luka Çiotto (“Uni-Virtuosi”), Mik Şumnaxer, Sean Qelael (“Prema”), Kallum İlott, Xuan Korrea (“Sauber”), Dorian Bokkolassi, Cek Aitken (“Kampos”), Yordan Kinq, Manaveer Raqhunathan (“Motorsport”), Tatyana Kalderon, Antoni Hubert (BWT Arden), Giliano Alesi və Ralf Boşunq (“Trident”) sürətlərini yoxlayacaqlar. 
Qeyd edək ki, ilk mərhələdən sonra Luka Çiotto 37 xalla birincidir. İkinci pillədə Nikolas Latifi (35), üçüncü yerdə Serxio Sette Kamara qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR