Yeni batareyalar pilotsuz təyyarələrə illərlə uçmağa imkan verəcək

Yeni batareyalar  pilotsuz təyyarələrə illərlə uçmağa  imkan verəcək
10:35 26 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Kaliforniyada fəaliyyət göstərən “Alta Devices” startapı son dərəcə yüksək effektivliyə malik yeni “Anylight Solar” günəş batareyasını təqdim edib. Bu batareyalar xüsusi olaraq pilotsuz təyyarələr üçün işlənib hazırlanıb. Şirkətin iddiasına görə, yeni batareya dronlara illərlə havada qalmağa imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Anylight Solar” batareyasının əsasını hazırda 29,1% rekord səmərəlilik göstəricisinə malik “Alta Devices”ın unipolyar qallium arsenid günəş batareyaları təşkil edir. Yeni batareyalara 20 km hündürlükdə aerodinamik xüsusiyyətlərin yaxşılaşdırılmasına və müxtəlif amillərdən (güclü ultrabənövşəyi şüa, ozon və ekstremal temperatur) qorunmağa kömək edən xüsusi örtük çəkilir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60384-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR