Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
14:02 26 Aprel 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 9-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Azərbaycan incəsənət ustalarının konserti keçiriləcək.
"Report"un xəbərinə görə, saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun“Natiq” ritm qrupu, Xalq artistləri Manana Çaparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Ayğün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və digərləri çıxış edəcəklər.

Konsertə giriş sərbəstdir. 


Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/heyder-eliyev-merkezinin-parkinda-estrada-ulduzlarinin-konserti-kecir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR