Tramp OPEC-i qiymətləri aşağı salmağa çağırdı

Tramp OPEC-i qiymətləri aşağı salmağa çağırdı
20:23 26 Aprel 2019
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp OPEC nümayəndələrindən neftin qiymətini aşağı salmaq üçün addımlar atmağı xahiş edib.

Publika.az-ın məlumatına görə, "Report” CNN-ə istinadən xəbər verir ki, bunu dövlət başçısı Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.

“Yanacağın qiymətləri aşağı düşür. Mən OPEC-ə zəng vurub qiymətləri aşağı salmalısınız dedim. İndi də yanacağın qiymətləri azalır”, - deyən ABŞ Prezidenti OPEC və ya üzv dövlətlərindən məhz kiminlə söhbət etdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, bundan əvvəl D.Tramp OPEC-i neft hasilatını artırmağa və qiymətləri bir səviyyədə saxlamamağa dəfələrlə çağırmışdı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/enerji/276898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR