Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ali məktəb tələbələri arasında təşkil edilmiş bədii yaradıcılıq festivalının yekun konserti keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin birgə təşkil etdikləri festivalın əsas məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir.
ATİAHİ-dən AZƏRTAC-a verilən məlumata görə, festivalın yekun konsertində 23 ali təhsil müəssisinin tələbələri iştirak ediblər. Bu ilki festivala ATİAHİ Respublika Komitəsinin xidmətinə daxil olan ali məktəblərlə yanaşı, Ali Neft Məktəbi, Aviasiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Gömrük Akademiyası, Odlar Yurdu Universiteti və Bakı Biznes Universitetinin tələbələri də qatılıblar. Festival 2004-cü ildən başlayaraq hər il keçirilir.
Festivalın yekun konsertində AHİK-in və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə misilsiz töhfələrindən danışıb. O, Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan, gənclərin layiqli vətəndaş kimi yetişməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən konkret faktlar əsasında söhbət açıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
S. Mehbalıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndər gənclərin ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına daim geniş imkanlar yaradıb.
Azərbaycan gəncliynin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Onun gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli Lider gəncliyə böyük ümidlər bəsləyir, dönə-dönə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam düşüncəli, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə çalışır, gənclərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bunu müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəli, vətənpərvər, milli düşüncəyə malik gənclik formalaşır. Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında gündən-günə daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqətinin sayəsində gəncliyin özünə və istedadına inam hissi əhəmiyyətli dərəcədə artırıb.
Tədbirdə, həmçinin təhsil nazirinin müavini Firudin Qurbanov da çıxış edib.
Sonra ölkənin ali məktəb tələbələrinin ifasında musiqilər səsləndirilib.
Ali məktəb tələbələrinin ənənəvi bədii yaradıcılıq festivalının yekun konserti olub
Ali məktəb tələbələrinin ənənəvi bədii yaradıcılıq festivalının yekun konserti olub
Ali məktəb tələbələrinin ənənəvi bədii yaradıcılıq festivalının yekun konserti olub