Evindəki hamamda yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilən və vəziyyəti ağır olan məşhur şoumen Mehmet Ali Erbilin aylar sonra ilk fotosu yayılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, reanimasiyadan çıxdıqdan sonra palataya köçürülən və həkim nəzarəti altında olan şoumen qısa müddətlik canlı yayıma qoşulub.

Erbil müalicə dövründə İnstaqram səhifəsində keçmişə aid fotolarını paylaşıb.

Bu dəfə isə canlı yayımı açaraq izləyicilərini sevindirib.

Milli.Az