İŞİD Əfqanıstanda baza qurdu - FOTO

İŞİD Əfqanıstanda baza qurdu - FOTO
11:17 15 Yanvar 2015
185 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən təhlükəli və güclü terror təşkilatı sayılan "İraq və Şam İslam Dövləti" (İŞİD) Əfqanıstanda baza yaratmağa başlayıb.
 
Gilmənd vilayətindəki baza NATO kontingentinin Əfqanıstanı tərk etməyə başlamasından cəmi 3 ay sonra ərsəyə gətirilib.
 
Bazaya "Əl Qaida"nın sabiq mənsubu, Kuba adasında ABŞ-ın məşhur həbsxanası olan Quantanamoda həbsdə olmuş şəxs rəhbərlik edir.
Milli.Az CNN-ə istinadən bildirir ki, "Taliban" hərəkatının yerli üzvlərinin dediklərinə görə, onlara Gilmənddəki İŞİD qruplaşmasına qoşulmaq üçün ayda 500 dollarlıq maaş da təklif olunur.
 
Molla Abdulla Rauf adlı şəxsin komandir olduğu bazada artıq onlarla sabiq "Taliban" yaraqlısının İŞİD-ə "biət" etdikləri, sədaqət andı içdikləri söylənir.
 
Əfqanıstandakı İŞİD mövqelərini möhkəmləndirmək üçün hətta "Taliban"la döyüşlərə də başlayıb.
 
Əfqanıstan ordusunun 215-ci korpusunun komandir müavini, general Mahmud Xanın dediyinə görə, İŞİD-in Gilmənddəki bazasının rəhbəri Molla Abdulla Rauf tərəfdarlarının sayını artırmaq üçün aktiv fəaliyyətdədir.
 
Milli.Az
 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR