"Oyundan razıyam, amma nəticədən yox" - Klopp

"Oyundan razıyam, amma nəticədən yox" - Klopp
12:27 2 May 2019
95 İdman
Ölkə mətbuatı
A- A+

Futbol belə bir şeydir. Hər şey vurulan qollarla bağlıdır. 3 qol vurdular və biz heç fərqlənə bilmədik. Möhtəşəm oynadılar. Bizim futbolçularımız da yaxşı çıxış etdi. Komandanın oyunundan razıyam, amma nəticədən yox.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çemoionlar Liqasının yarımfinalında "Barselona"ya 0:3 hesabı ilə uduzduqları ilk oyundan snra deyib.

"Qollarla bağlı danışmaq asandır, amma bizim də çox yaxşı epizodlarımız oldu. Onlara bir çox problem yaratdıq. Bundan daha yaxşı oynaya bilərdikmi, bilmirəm", - o vurğulayıb.

Klopp ağır nəticə olduğunu söyləyib: "Hazırda rəqib üstün tərəfdir. Toparlanacağıq və "Nyukasl"la səfər oyununa hazırlaşacağıq. Nə desək də, nəticə dəyişməyəcək. Onlarla bir dəfə də oynayacağıq. Nələr olacağını görəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR