Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata dəyişikliklər edilib

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata dəyişikliklər edilib
02:52 3 May 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli qərarda dəyişikliklər edib.
"Report" xəbər verir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 18 dekabr tarixli qanunun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2004-cü il 12 aprel tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 4 fevral tarixli fərmanın 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 7-ci hissəsinin iyirmi ikinci-iyirmi yeddinci abzasları müvafiq olaraq iyirmi üçüncü-iyirmi səkkinci abzaslar hesab edilib. Təlimata edilmiş əlavəyə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius bu barədə müvafiq məlumatları onlayn rejimdə dərhal “Elektron notariat” informasiya sisteminə daxil etməlidir.
Ədliyyə Nazirliyi “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı Vergilər Nazirliyinə ötürəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/notariat-hereketlerinin-aparilmasi-qaydalarina-deyisiklik-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR