“Azərişıq” ASC-nin rəhbərləri

Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Mingəçevir şəhərində , ASC-nin sədrinin müavini Ramil Yusifov isə Yevlax şəhərində SC-in Avtomatik İdarəetmə Mərkəzi və Nəzarət İdarəsində vətəndaş qəbulu keçiriblər.

Metbuat.az xəbər verir ki, qəbulda Mingəçevir və Yevlax şəhərləri ilə yanaşı Ağdaş və Ucar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda 36 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən “Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün SC-nin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elerktrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqıarını bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR