“Şeremetevo”da SON DURUM: qəza nəticəsində 13 nəfər ölüb, 6 nəfər yaralanıb - FOTO

“Şeremetevo”da SON DURUM: qəza nəticəsində 13 nəfər ölüb, 6 nəfər yaralanıb - FOTO
22:39 5 May 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

“Sheremetevo” hava limanından qalxandan az sonra məcburi eniş edən “Sukhoi Superjet 100” sərnişin təyyarəsinin yanması nəticəsində son məlumatlara görə, 13 nəfər həlak olub, 6 nəfər yaralanıb. 
 
ONA-nın tass.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb. 
 
Hadisə ilə bağlı yaradılmış İstintaq Komitəsi tərəfindən təyyarədə 73 sərnişin və 5 ekipaj üzvü olduğu açıqlansa da, digərlərinin taleyi barədə heç bir məlumat verilməyib. 
 
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
 
Xatırladaq ki, Sheremetevo hava limanında təcili eniş edən “Aeroflot”a məxsus təyyarə Moskvadan Murmanskə uçurmuş. 
 
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü ("Yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatı ilə bağlı qaydaların pozulması, iki və daha çox şəxsin səhlənkarlığı ilə nəticələnməsi") maddəsilə cinayət işi başlanılıb.
 
ONA

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313588

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR