“Yaşıl Dəhliz” proqramı ixrac prosesini daha da sürətləndirir - Sahibkar (VİDEO)

“Yaşıl Dəhliz” proqramı ixrac prosesini daha da sürətləndirir - Sahibkar (VİDEO)
16:55 6 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli – Trend:

Qeyri-neft sektorunun inkişafı ölkəmizin ixrac potensialını artırır. Dövlətin məqsədi növbəti illərdə sənaye istehsalını artırmaq və sahibkarlıq fəaliyyətini daha da inkişaf etdirməkdir. Bu gün ölkəmizdə güclü sahibkarlar sinfi formalaşıb. Prezident İlham Əliyev sahibkarları daim dəstəkləyir, onların fəaliyyəti üçün yüksək şərait yaradılır. Bu da təbii ki iqtisadiyyatın inkişafına və yeni iş yerlərinin açılmasına gətirib çıxarır. Dövlətin göstərdiyi xüsusi diqqət və qayğı sahibkarlar arasında da məmnunluqla qarşılanır.

Balaxanı Sənaye Parkının rezidenti olan sahibkar Emin İlyas "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib: "Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında xüsusi vurğuladı ki, dövlət əsasən kiçik və orta biznesin inkişafına dəstək olmalıdır və olacaq. Bu, bizim üçün doğrudan da şad xəbər oldu və daha sonra müxtəlif nazirliklərdə görüşlər keçirildi. Hazırda bizim problemlərimizlə maraqlanırlar. Buna görə cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk”.

Sahibkar vurğulayıb ki, rəhbərlik etdiyi müəssisənin fəaliyyəti qida yağlarının texniki məqsədlə yenidən emal edilməsindən ibarətdir: “Bu texniki yağın müxtəlif tətbiq sahələri var, daha çox sürtkü və hidravlik yağların, bioyanacağın istehsalında istifadə olunur. Bioyanacağı, əsasən Avropaya ixrac edirik. Avropanın müxtəlif ölkələrində buna tələbat çoxdur. İxrac prosesi bizim gözlədiyimizdən asan keçir. Xüsusən, bu yaxınlarda “Yaşıl Dəhliz” proqramına qoşulmuşuq, bu proqram ixrac prosesini daha da sürətləndirir. Biz, hətta müəssisədə yerindəcə rəsmiləşdirmə aparıb ixracı həyata keçirə bilirik".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3057166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR