Kasilyas xəstəxanadan çıxdı

Kasilyas xəstəxanadan çıxdı
19:09 6 May 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə məşqdə infartk keçirdiyi üçün xəstəxanaya yerləşdirilən və əməliyyat olunan "Portu"nun qapıçısı İker Kasilyas evə buraxılıb.
 
Lent.az "qol.az"a istinadən bildirir ki, bu barədə ispaniyalı qolkiper özü məlumat verib. 37 yaşlı oyunçu ona dəstək olanlara, klinikanın işçilərinə, xüsusilə də onu əməliyyat edən həkim Joa Karluş Nelsona təşəkkürünü bildirib:
 
"Hamıya minnətdaram. Çox şanslıyam ki, insanlar onlara lazım olduğumu mənə hiss etdirdilər. Belə hallarda bu, sevinc gətirir. Şadam ki, bu qədər adam xəstəxanaya gəlib. Klinikaya və həkimim Joa Karluş Nelsona təşəkkürümü bildirirəm. Həmçinin sosial şəbəkələr vasitəsilə futbolun fərqli sferalarından aldığım mesajlara görə "çox sağ ol" deyirəm".
 
Kasilyas bundan sonra futbol oynayıb-oynamayacağı ilə bağlı suala isə bu cür cavab verib: "Hələ ki, bir az gözləmək lazımdır. Əsas odur ki, ayaq üstdə dura və sakit danışa bilirəm. Gözlədiyinizə görə çox sağ olun. Tezliklə görüşərik".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR