Papua - Yeni Qvineyada 7,2 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri ölkənin şərqində Bulolo şəhərindən 33 km şimal-qərbdə, ocağı isə 127 kilometrə yaxın dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.
Milli.Az