Tanınmış teleaparıcı faciəvi şəkildə öldü - FOTO

Tanınmış teleaparıcı faciəvi şəkildə öldü - FOTO
16:58 7 May 2019
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağıstanlı jurnalist və “MTV-Stolitsa” telekanalının aparıcısı Tamilla Abdullayeva Mahaçqala şəhərində yol qəzasında dünyasını dəyişib.

Bu barədə yerli “Çernovik” qəzetinin “Telegram” kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, aparıcı iki dəfə qəza keçirib. Birinci qəzadan sonra Abdullayeva üçün təcili yardım maşını gəlib. Aparıcı xəstəxanaya aparılarkən təcili yardım maşını da başqa bir avtomobillə toqquşub. Aldığı zərbələrdən jurnalist hadisə yerində dünyasını dəyişib.

Abdullayeva MTV telekanalının “Stolitsa” media holdinqində baş redaktor, həmçinin, kanalın aparıcısı vəzifəsində çalışırdı.

Bundan başqa, jurnalistin “İnstagram” səhifəsində qeyd edilir ki, o, Moskvada “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyində radiojurnalistikanı tədris edirdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/277996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR