Moskva vədinə sadiq qalmadı

Moskva vədinə sadiq qalmadı
14:06 15 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya krım tatarlarının vəziyyəti haqqında Türkiyəyə verdiyi vədi yerinə yetirməyib.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu "Anadolu" agentliyinə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət krım-tatar dilinin rəsmi dil elan olunmasından, onlara hüquqların verilməsi, rəhbər orqanlara krım tatarlarının təyinatı və s məsələlərdən gedir: "Ankara Krıma krım tatarlarının hüquqları ilə bağlı vəziyyətin öyrənilməsi üçün nümayəndə heyəti göndərməyi planlaşdırır. Yaxın vaxtlarda bizim nümayəndə heyətimiz Krıma gedəcək. Bu məsələ Rusiya hakimiyyəti ilə razılaşdırılıb, onlar Krımda nümayəndə heyətinin işinə kömək göstərməyə söz veriblər."

Türkiyənin XİN rəhbəri bildirib ki, Türkiyə təqribən 100 krım tatarının siyahısını Rusiya tərəfinə çatdırıb. Hansılar ki, Ankarada olan məlumatlara görə, onlar məclisin liderləri ilə əlaqələrə görə zərər çəkib, hücumların qurbanı olub və itkin düşüblər.

M.Çavuşoğlu Türkiyənin Ukraynada böhranın həlli üçün Moskva və Kiyev arasında dialoqun qaydaya salınması üçün səy göstərdiyini açıqlayıb.

Xatırladaq ki, Krımda təqribən 260 min krım tatarı yaşayır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR