Bunu APA-ya Niderland Yəhudi Tarix muzeyinin həmsədri və maliyyəçisi, Avropa-Niderland iş adamları Assosiyasiyasının vitse-prezidenti, Benilüks ölkələri üzrə yəhudi lobbisinin rəhbəri Joel Fresko deyib.
O bildirib ki, bu gün Avropada Yaxın Şərqdə baş verən faciələr, Ukraynadakı hadisələr qızğın müzakirə olunur, Dağlıq Qarabağ münaqişəsinə isə səthi yanaşma mövcuddur: “Bizim üçün ermənilər tərəfindən Xocalıda törədilən qətliam İkinci Dünya müharibəsi zamanı yəhudilərə həyata keçirilən soyqırımı ilə eynidir. Ermənistan Dağlıq Qarabağda insanlığa sığmayan cinayətlər törədib və bunun cavabını verməlidir”.
Lobbi rəhbəri onu da deyib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporuna həmişə dəstək olmağa hazırdırlar.
Milli.Az