Zakir Həsənov tapşırıq verdi (FOTO)

Zakir Həsənov tapşırıq verdi (FOTO)
18:01 15 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlayıb.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 15-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının vəziyyətini yoxlayıb.

Yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən yoxlamalar zamanı qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm dövlət və hərbi obyektlərin, eyni zamanda qoşun qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi məqsədilə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdirilib.

Hərbi Hava Qüvvələrinin döyüş texnikasına, vasitə və qurğularına baxış keçirən Müdafiə naziri şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirərək qoşun komandanlığı qarşısında müvafiq tapşırıqlar qoyub.























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR