AZAL ilk imtahanını “sülh”lə başa vurdu

AZAL ilk imtahanını “sülh”lə başa vurdu
18:07 15 Yanvar 2015
108 İdman
Ölkə mətbuatı
A- A+

AZAL qış təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu bu gün keçirib. Fanat.az xəbər verir ki, əsasən düşərgədə olan yeni və əvəzedici komandadan gələn futbolçuların yoxlanılması məqsədi daşıyan qarşılaşmada rəqib “Qaradağ Lökbatan” olub. 


Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bütün qolların ilk yarıya təsadüf etdiyi matçda AZAL-ım qollarının birini Freddi Mombonqo penaltidən vurubsa, digər top rəqibin avtoqolu hesabına reallaşıb. 


Qeyd edək ki, AZAL qış fasiləsində 4 yoldaşlıq oyunu keçirəcək. Sonrakı 3 qarşılaşmanın qrafiki belədi: 17 yanvar – “Sumqayıt” (Kapital Park Arena), 19 yanvar – “Sumqayıt” (AZAL Arena), 22 yanvar – “Bakı” ("Bakı"nın təlim-məşq bazası).


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azal-ilk-imtahann-sulhl-baa-vurdu-t17480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR