Mercedes-lə vurdu, qaçdı

Mercedes-lə vurdu, qaçdı
23:12 15 Yanvar 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Məhəmməd Əmin Rəsulzadə və Rəfibəyli küçələrinin kəsişməsində qeydə alınıb. Xaçmaz şəhər sakini 1991-ci il təvəllüdlü Azayev Fuad Sultan oğlunun idarə etdiyi “VAZ 21099”-la “Mersedes” markalı minik maşını toqquşub. Qəza nəticəsində “VAZ 21099”-un sürücüsü xəsarət alıb. Ona Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hadisədən sonra “Mersedes”-in sürücüsü hadisə yerindən qaçıb.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR