[ 10 May 2015 03:22 ]
Bakı-APA. Ömürlük həbs cəzasına məhkum olunmuş Türkiyənin 7-ci prezidenti, 1980-ci il hərbi çevrilişinin təşkilatçısı Kənan Əvrən 98 yaşında vəfat edib.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Kənan Əvrən 2012-ci ilin martından Ankarada hərbi-tibbi akademiyada müalicə keçib. Son günlər onun səhhətində ciddi problemlər yaranıb, onun süni nəfəs aparatına qoşulduğu bildirilir.