Astara, 10 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 9-də Astara şəhərində, Xəzər dənizi sahilində yeni istifadəyə verilmiş park-bulvarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş bayram konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə Xalq Artisti Kamil Vəzirovun rəhbərliyi ilə “Kamil musiqi dünyası” ansamblı, Xalq Artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları və Faiq Ağayev, muğam müsabiqəsinin qalibi Kamilə Nəbiyeva, müğənni Ramazan Şərifzadə, astaralı müğənnilər Elyanə Məhərrəmova, Elsevər Muradov və Səxavət Əsədullazadə park-bulvara toplaşan sakinlərə rəngarəng musiqi nömrələri təqdim ediblər.
Axşam saatlarınadək davam edən konsert proqramı bayram ətəşfəşanlığı ilə başa çatıb.

Astarada yeni park-bulvarda bayram konserti və atəşfəşanlıq olub