İsveçrədə baş verən atışma zamanı bir neçə nəfər ölüb

12:52 10 May 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

[ 10 May 2015 12:48 ]

Bakı - APA. İsveçrənin şimalında yerləşən Arqau kantonunun ərazisində baş verən atışma zamanı bir neçə nəfər həlak olub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gecə baş verib. Sakinlər evlərdən birində atışma eşidib və əraziyə polis çağırıb.

 

“Bir neçə nəfər evin içində, bir neçəsi isə çöldə idi. Xilasedicilər yalnız bir neçə nəfərin ölüm faktını qeydə almağı bacarıb”, - deyə sakinlərin polisə verdiyi izahatında qeyd olunub.

 

Ölənlər arasında uşaq yoxdur.

 

İnsidentin motivi məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR