​KİV: Dağlıq Qarabağ münaqişəsi Riqada müzakirə olunacaq

​KİV: Dağlıq Qarabağ münaqişəsi Riqada müzakirə olunacaq
14:27 10 May 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Ermənistan və Azərbaycan mayın 21-22-də Riqada baş tutacaq Şərq tərəfdaşlığı sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edək ki, Ermənistan və Azərbaycan Aİ-nin Şərq tərəfdaşlığı proqramında iştirak edirlər. Bu ölkələrdən başqa proqrama Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu mövcüddur və həmin qrupun həmsədrlərindən biri də ittifaqa üzv olan Fransa, eləcə də Rusiya və ABŞ dövlətləridir. Onlar iki ölkə prezidentlərinin və xarici işlər nazirlərinin görüşlərini təşkil edirlər. Riqada prezidentlərin və yaxud xarici işlər nazirlərinin daha bir görüşü keçiriləcək. Bu Avropa İttifaqının iştirak etmədiyi çox az saylı proseslərdən biridir", - adının açıqlanmasını istəməyən Aİ rəsmisi "RİA Novosti"yə deyib.
O qeyd edib ki, münaqişənin həlli üzrə hazırkı format dəyişmir: "Biz Rusiya, Fransa və ABŞ-dan olan həmkarlarımızın münaqişənin həlli ilə bağlı səylərinə tam əminik. Təəssüflər olsun ki, bu çətin məsələdir",- Aİ rəsmisi vurğulayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/ki-v-dagliq-qarabag-munaqisesi-riqada-muzakire-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR