Ümummilli Lider xalqımızın qürurudur

Ümummilli Lider xalqımızın qürurudur
18:33 10 May 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, Əziz Məmmədov, AZƏRTAC
Ümummilli lider Heydər xalqımızın qürurudur. Azərbaycan xalqının dahi oğlunun nurlu xatirəsi bütün ömrünü həsr etdiyi xalqın qəlbində daim yaşayacaq.
Bu sözləri “Zirvə” Ziyalılar Təşkilatının üzvü Kəmalə Həsənova AZƏRTAC-a müsahibəsində səsləndirib.
K.Həsənova deyib: “Ümummilli lider Heydər Əliyevin xalqımızın müstəqilliyi, suverenliyi və tərəqqisi naminə xidmətlərinin misli-bərabəri yoxdur. Məhz Ulu Öndərin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dövləti öz müstəqilliyinə qovuşub. Bütün sahələrdə, o cümlədən elm sahəsində inkişaf müşahidə edilir. Gənclərin elmə marağının artması bu inkişafın göstəricilərindən biridir. Bu gün dünyanın hər yerində Heydər Əliyev dedikdə, insanların gözü qarşısında Azərbaycan, Azərbaycan dedikdə, Heydər Əliyev canlanır”.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_Lider_xalqimizin_qururudur-853992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR