Çin hərbi gücünü göstərir

Çin hərbi gücünü göstərir
12:51 11 May 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Çin II dünya müharibəsinin başa çatmasının 70 illik yubileyini qeyd etmək üçün Pekində parad keçirəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Çinin Müdafiə Nazirliyi xəbər yayıb.

Nazirlik bildirib ki, bu ilin sentyabrında Pekində təntənəli parad təşkil olunacaq. Parada Rusiya əsgərləri də dəvət olunublar. Çin prezidenti Xi Jinpinq mayın 9-da Moskvada faşizm üzərində qələbənin 70-ci ildönümü mərasimlərinə qatılıb. Bu səfər Çin-Rusiya hərtərəfli strateji tərəfdaşlığını yeni səviyyəyə qaldırıb.

Xatırladaq ki, Qərb ölkələrinin liderləri Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçılara dəstək verdiyinə görə Kremlin tədbirinə gəlməyiblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=343691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR