“TuranBank” Bakı Fond Birjasında listinqə qəbul edilib

13:33 11 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 11 may, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “TuranBank” ASC-nin sənədsiz, adi, adlı səhmləri BFB-də standard bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 43 min 440 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 1082 manatdır. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TuranBank_Baki_Fond_Birjasinda_listinqe_qebul_edilib-854082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR